Fəlakət yaşanır: Koronadan ölənlər quşlara, itlərə yem olub    


Hindistanda faciənin miqyası böyüdükcə böyüməkdədir. Hindlilərin müqəddəs hesab etdikləri Qanq çayı ətrafa fəlakət saçır. Çaya atılmış cəsədlər quşların və  küçə itlərinin yeminə çevrilib.

“Sherg.az” “Milliyet.com”a istinadən bildirir ki,  Hindistandan gələn son xəbərlər tükürpədicidir. Hindistanda tən ilin oktyabr ayından peyvəndləmə kampaniyasına başlanılıb. Lakin əhalisinin sayı 1,4 milyardı aşan bir ölkədə peyvəndləmənin yoluxmanın qarşısını alacaq səviyyəyə çatması çox zordur.  Ölkənin ən böyük vaksin istehsalçısı olan “Serum” İnstitutu peyvənd tədarükündə sıxıntılar yaşadığını bildirir. 



Ölkədə cəsədlərin yandırıldığı krimatoriyalara yalnız xəstəxanada vəfat etmiş COVİD-19 xəstələrinin cəsədləri qəbul edildiyindən digərləri vəfat etmiş doğmalarının, yaxınlarının cəsədlərini Qanq çayına buraxır. Krimatoriyaların vəfat etmiş insanların yandırılmasını artıq çatdıra bilmədiyi, cəsədləri yandırmaq üçün odun belə tapılmadığı bundan öncə də bəlli idi. Ona görə də insanlar çarəni Qanq çayına üz tutmaqda görür. Lakin cəsədlərin çaya atılması daha bir fəlakətə yol açmaqdadı. Çayda artıq 100-dən artıq cəsəd olduğu bildirilir və bunun ətrafa xəstəlik saçacağı təhlükəsi ölkə rəhbərliyini qorxuya salıb. Koronavirusdan həyatını itirmiş insanların çayda üzən cəsədləri quşlar və küçə itlərinin yeminə çevrilib.

Bu durumda virusun insan cəsədlərindən heyvanlara, onlar vasitəslə də yenidən təbiətə və insanlara yoluxacağı təhlükəsi realdır. Rəsmilər cəsədləri toplamaq üçün çaya tor atıblar.  Bundan başqa, doğmalarının cəsədlərini krimatoriyalarda yandıra bilməyən əhali onları çayın sahilində torpağa basdırır. Lakin cəsədlər çox dərin basdırılmadığından təhlükə saçmaqdadır. Sosial mediada isə çayda üzən cəsədlərin də, sahilə vurmuş cəsədlərin də üzərində quşların uçuşduğu, cəsədləri diddiyi görüntüləri görənləri dəhşətə gətirir. Yetkililər hələ də bu dəhşətə çarə tapmaqda acizdir.