Polisdən örnək: Yola dağılan pomidorları bir-bir topladılar

“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Tokatın Erbaa əyalətində pomidor daşıyan yük maşını qəzaya uğrayıb.

Erbaadan Tokata hərəkər edən, Cəlal Yıldırımın idarə etdciyi yük maşını çevrilib. Sürücü yüngül xəsarət alıb. Yük yerindəki pomidor yeşikləri isə aşıb, pomidorlar yola dağılıb. Hadisə yerinə gələn polis və təcili yardım sürücüyə ilk tibbi yrdım göstərib və o, Erbaa Dövlət Xəstəxanasına aparılıb. Polis əməkdaşları isə avtomobil yoluna dağılmış pomidorları toplamağa başlayıb.