İddia:"...Qərb Şərqi xaraba qoyacaq"

“Dünyadakı hazırki siyasi vəziyyət Qərb blokunun, xüsusən ABŞ-ın sürətlə məğlubiyyətinə doğru gedir”.- Bunu hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı: “Çin durmadan böyüyür, Rusiya ən azından post Sovet məkanında "at oynadır", Türkiyə artıq NATO müttəfiqlərini izləmir, öz milli maraqlarından çıxış edir, Hindistan, Pakistan kimi ölkələr ram edilməz həddə çatır, İranda nəinki dövlət parçalanması, heç rejim də dəyişmədi, əksinə, təsir dairəsi genişlənən xətlə davam edir.
Bütün bu vəziyyətlərdə Qərb bloku, xüsusilə ABŞ özünü məğlub göstərir, yoxsa, həqiqətən, proseslərin önünə keçə bilməyəcək qədər aciz vəziyyətdə qalıb?
Əgər ikinci variantdırsa, Şərqdə xaos başlayacaq, yox əgər birinci variant realdırsa, o halda müəyyən zaman sonra Qərb Şərqi xaraba qoyacaq. Hər halda, Şərqin gələcəyi yaxşı nələrsə vəd etmir”.