Almaniya Əfqanıstandakı səfirliyinin işçilərini minimuma endirəcək

Almaniya hökuməti Əfqanıstandakı Səfirliyinin işçilərini minimuma endirmək və diplomatları ölkədən çıxarmaq qərarına gəlib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas bildirib.

Nazir əlavə edib ki, səfirlikdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Ötən gün səfirlik Almaniya vətəndaşlarını təcili olaraq Əfqanıstanı tərk etməyə çağırıb.