İranda HAMAS liderinin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirilir

İranda Ali Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilir.

APA-nın IRNA-ya istinadən xəbərinə görə, toplantıda HAMAS lideri İsmayıl Haniyənin Tehranda qətli ilə bağlı məsələ müzakirə olunur.

Qeyd edək ki, HAMAS-ın rəhbəri İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gəlib. İsrail hərbi aviasiyası onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirib. Nəticədə İ.Haniyənin özü və mühafizəçisi həlak olub.