Türk PUA-ları üçün hazırlanan radar sistemi - VİDEO


Türkiyə müdafiə sənayesi inkişaf etməkdə davam edir.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, "Meteksan" şirkəti tərəfindən hazırlanan hərəkət edən hədəfi aşkarlayan "Milsar" radar sistemi ilə bağlı işlər yekunlaşıb.

Radar sisteminin Türkiyədə keçiriləcək "IDEF-2021" müdafiə sənayesi sərgisində nümayiş olunacağı bildirilir.

"Milsar" sistemləri PUA-ların pis hava şəraiti zamanı və ya buludların arasında olarkən daha rahat hərəkət etməsinə köməklik göstərəcək.

Radar sisteminin əsas xüsusiyyətlərindən biri də Türkiyə istehsalı bütün PUA-larda fəaliyyət göstərməsidir.