Böyük Britaniyada son sutka ərzində 31 564 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bununla da ölkədə koranavirusa yoluxanların ümumi sayı 7 496 543 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 203 nəfər koronavirusdan həyatını itirib. Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 135 455 nəfərə çatıb.