Hakan Fidan: Azərbaycan-Ermənistan münasibətləri normallaşacağı halda Ermənistanla sərhədi aça bilərik

Azərbaycanla Ermənistan arasında görüşlər davam edir, münasibətlərin normallaşacağı təqdirdə bizim də ssenarimizi hazırlamağımız lazım olacaq.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, hazırda münasibətlərin normallaşması istiqamətində fəaliyyətlər davam edir: “Yekunda pozitiv ssenarini həyata keçirə bilərik, yəni Ermənsitanla sərhədi aça bilərik”.