35 il əvvəl Suriyaya gəlin köçüb

Türkiyəyə gələn qadının dönüşünə izin vermir, uşaqları o tərəfdə qalıb


35 il əvvəl Suriyaya gəlin kimi gedən qadın DNT testi üçün gəldiyi Türkiyədən Ras əl-Aynə qayıda bilməyib. Bir ildir ki, 6 övladından ayrı yaşayan qadın hər gün sərhədə gedərək göz yaşı axıdır.
Şanlıurfanın Ceylanpınar rayonunda yaşayan 53 yaşlı Keskin Ubeyd 1989-cu ildə Resulaynda yaşayan qohumu İsmail Ubeydlə ailə həyatı qurub və orada məskunlaşıb. Həm Türkiyə, həm də Suriya Respublikası vətəndaşı olan Keskin 3-ü qız, 4-ü oğlan olmaqla 7 uşaq dünyaya gətirib. Türkiyəyə ailəsi və yaxınlarını mütəmadi olaraq ziyarətə gələn Keskin Ubeyd “Sülh çeşməsi” əməliyyatından sonra dəfələrlə ora-bura gedib. Oğlu Halid Ubeydin Türkiyə vətəndaşlığı üçün məhkəmə tərəfindən tələb edilən DNT testi üçün sonuncu dəfə gələn Keskin Ubeyd oğlu Halid Ubeydlə geri qayıda bilməyib. Hər gün sərhədə gedən və Məhəmməd, Fatma, Semiye, Həsən, Nesrin və Hüseyn adlı övladlarının həsrətini Resulayna boylanaraq qarşılamağa çalışan Keskin Ubeyd göz yaşlarına boğulur.
  Övladlarına qovuşmaq üçün səlahiyyətlilərdən kömək istəyən suriyalı Keskin Ubeyd “Daha dözə bilmirəm. Övladlarım orada pərişandır. Bir ilə yaxındır ki, burada bədbəxtəm. Uşaqlarımla aramızda məftil hasar var, lütfən, məni buraxın, gedim” deyir.
Hər gün sərhədə gedən və övladlarının yaşadığı Ras əl-Ayn şəhərinə hasardan baxan Kəskin “Uşaqlarım, gəlmək istəyirəm, buraxmırlar” deyə ağlayır. And içirəm, mən də sənin üçün çox darıxmışam. Allah xatirinə, məni buraxın, uşaqlarım yazıqdır, lütfən, məni buraxın” deyə göz yaşı tökür.
  Eyni kədər Ras əl-Ayn şəhərində də yaşanır. Nəvə və uşaqlarını özü ilə aparan İsmayıl Ubeyd də sərhədə gedərək həyat yoldaşının gəlməsini gözləyir. Ras əl-Ayndakı yerli hökumətin arvadının gəlişinə icazə verdiyini, lakin Türkiyənin bunu etmədiyini iddia edən İsmayıl Ubeyd həyat yoldaşını özü və uşaqları ilə qovuşdurmaq üçün Türkiyə rəsmilərindən kömək istəyib.