Rusiyada yaşayış binasında partlayış: ölənlər var - Video

Rusiyanın Nijni Tagil şəhərindəki yaşayış binasında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.
“Baza” Teleqram kanalının məlumatına görə, binadakılardan heç kim mənzillərini tərk edə bilməyib.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

***
Nijni Tagil şəhərində yaşayış binasının dağıntıları altından 4 nəfərin cəsədi çıxarılıb.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, ölənlərdən biri azyaşlıdır.
Məlumata görə, binanın digər hissəsinin çökmə təhlükəsi səbəbindən xilasetmə işləri də çətinləşir.
Dağıntılar altında daha iki nəfərin qaldığı bildirilir.

Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Rusiyanın Nijni Tagil şəhərindəki yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində binanın bir hissəsi dağılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM