Haniyənin öldürülməsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Sherg.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusuna bağlı Telegram hesabları Tehranda Haniyənin hədəf alındığı yer olduğunu iddia etdikləri binanın görüntülərini paylaşıblar.

Amerikanın "New York Times" (NYT) qəzeti də bina ilə bağlı xəbərlərində məlumatı təsdiqlədiyini bildirib.

NYT Telegram-da Tehranda zədələnmiş binanın fotosunu paylaşaraq Haniyənin hücuma məruz qaldığı yer olduğunu irəli sürüb.

Qəzetə adının açıqlanmasını istəməyən İran rəsmisi görüntüləri təsdiqləyib.

Şəkildə paytaxt Tehranın şimalında yerləşən dəbdəbəli Zəfəraniyyə rayonunda yerləşən altı mərtəbəli bina göstərilir.

Bildirilib ki, bina hökumət mərasimlərinin keçirildiyi Səadabad sarayı ilə bitişikdir.

NYT elan edib ki, binanın yeri Tehranın şimalında baş verən partlayışla bağlı ilk məlumatlara uyğundur.

Fotoya baxdıqda binanın raketin hədəfi olan hissəsinin yaşıl örtüklə örtüldüyü görünür.

Birinci mərtəbənin damında da dağıntı parçaları görmək mümkündür.

Maraqlıdır ki, Amerika texnologiya şirkəti "Maxar" tərəfindən iyulun 25-də çəkilmiş eyni binanın peyk görüntüsündə görünən zədə və yaşıl brezent yoxdur.

NYT-nin hesabatında  "Bu, zərəri göstərən fotoşəkilin daha yaxınlarda çəkildiyini deməyə əsas verir" yazıb.