Tanınmış şair, İstanbul-Azərbaycan Kültür Evinin rəhbəri Hikmet Elp bu günlərdə Türk Ağsaqqalları Birliyinin qonağı olub. Sherg.az xəbər verir ki, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrə, Azərbaycan həqiqətlərinin yayılmasında və konfransa verdiyi dəstəyə gorə #TAİB tərəfindən mükafatlandırılıb.
Türk Ağsaqqalları İctimai Birliyi -TAİB-in təşkilatçılığı ilə mərkəzi ofisdə təşkil olunan "Qərbi Azərbaycana qayıdış konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masada çıxış edən Hikmət Elp bildirib ki, iki ölkə arasında qarşılıqlı qardaşlıq münasibətlərinin kökü qədimlərə dayanır:
" Azərbaycanın zaman-zaman başına gətirilən müsibətlər türk qardaşları olaraq bizim də özəl məsələmiz sayılır. Ərazi bütövlüyü bərpa olunan Azərbaycan Respublikasının qədim türk torpağı olan Qərbi Azərbaycana qayıdış konsepsiyası xalqın doğal haqqından doğan tarixi zərurətdir. Biz hər zaman can Azərbaycanın yanındayıq və sonsuzadək də yanında olacağıq".