Bu küçədə hərəkət məhdudlaşdırılacaq

2 avqust saat 00:00-dan 5 avqust saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"APA-Economics" xəbər verir ki, təmir işləri küçənin Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək hissəsində aparılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.