Məşhur aktrisa Şeron Stoun Türkiyədədir

"Basic Instinct" filmi ilə yadda qalan amerikalı məşhur aktrisa Şeron Stoun İtaliyanın paytaxtı Romadan sonra Türkiyəyə gəlib. Ona Global Icon Mükafatı veriləcək.

Sherg.az xəbər verir ki, Hollivudun əfsanəvi ulduzu mərasimdən əvvəl üç gün İstanbulda qalıb. Aktyor İstanbula oğlu Lairdlə gəlib.

Stounun daha sonra mükafatlandırma mərasimi üçün Bodruma getdiyi məlum olub.

Digər tərəfdən Şeron Stoun illər əvvəl qonaq aktyor kimi göründüyü “Kurtlar Vadisi” serialından danışıb. Stounun “Heç kim ingiliscə danışmırdı” ifadəsindən sonra serialın ssenaristi açıqlama verib.