İranda Haniyə üçün cənazə mərasimi keçirilir, Dohada dəfn ediləcək

Dünən İranda qətlə yetirilən HAMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə üçün Tehranda cənazə mərasimi keçirilir.
APA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
HAMAS lideri üçün cənazə namazı İranın Ali Rəhbəri Seyid Əli Xameneinin başçılığı ilə qılınır.

Mərasimdən sonra Haniyənin cənazəsi Dohada dəfn edilmək üçün Qətərə göndəriləcək.