Suriyanın İdlib vilayətində silahlıların minaatanlardan atəşə tutması nəticəsində bir suriyalı əsgər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Suriyadakı Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit bildirib.
“İdlib əyalətində terrorçuların Əz-Ziar bölgəsindən hökumət qüvvələrinin Sanjeka qəsəbəsi ərazisindəki mövqelərini minaatanlardan atəşə tutması nəticəsində Suriya əsgəri yaralanıb”, - Kulit bildirib.
Onun sözlərinə görə, son sutka ərzində İdlib deeskalasiya zonasında silahlıların mövqelərindən 9 hücum qeydə alınıb.
Kulit vurğulayıb ki, mərkəz qeyri-qanuni silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə və nəzarət etdikləri ərazilərdə vəziyyətin sülh yolu ilə nizamlanması yolunu tutmağa çağırır.