ABŞ dövlət katibinin köməkçisi Rusiya və Ukraynaya səfər edəcək


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid dekabrın 13-15-də Rusiya və Ukraynaya səfər edəcək, daha sonra məsləhətləşmələr üçün Belçikaya gedəcək.

"Report" xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Görüşlərdə Ukrayna ətrafında gərginlik, regionda sülh və sabitliyin bərqərar olması, qarşılıqlı əlaqələrin qurulması müzakirə olunacaq.

Brüsseldə isə NATO müttəfiqləri və Avropa İttifaqı rəsmiləri ilə Ukraynadakı gərginliyin diplomatik həlli səyləri ilə bağlı məsləhətləşmələr aparılacaq.