ABŞ Yunanıstanla 9,4 milyard dollarlıq hərbi müqaviləni təsdiqləyib

ABŞ Dövlət Departamenti Yunanıstanla 9,4 milyard dollarlıq hərbi müqaviləni təsdiqləyib.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə Departamentin yaydığı məlumatda deyilir.

Bununla yanaşı, Dövlət Departamenti Afinaya dörd sinifli gəminin satışını təsdiq edib. Sövdələşmə 6,9 milyard dollar dəyərində qiymətləndirilir.

"Yeni gəmilərin satışı və köhnələrinin modernləşdirilməsi NATO müttəfiqinin təhlükəsizliyini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasət maraqlarına xidmət edir", - məlumatda deyilir.