Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada 3 terrorçunu zərərsizləşdiriblər

Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında 3 terrorçunu zərərsizləşdiriblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, İraqın şimalında yerləşən Avaşin rayonunda PUA zərbəsi ilə bir PKK terrorçusu, Suriyanın şimalında isə xüsusi təyinatlılar tərəfindən "Sülh buağı" əməliyyatı zonasına daxil olmağa çalışan iki terrorçu məhv edilib.