İtlərdən qaçan vaşaq, ağacın təpəsinə dırmaşdı  - FOTO 

Türkiyənin Tunceli bölgəsində, Kanqal cinsli itlərdən qaçaraq ağaca dırmaşan vaşaq cib telefonu vasitəsi ilə qeydə alınıb.
Sherg.az xəbər verir ki, dünyada nəsili tükənmək təhlükəsiylə qarşı-qarşıya qalan, birinci dərəcəli qoruma altında olan və Beynəlxalq Təbiətə Qoruma Birliyinin (IUCN) qırmızı siyahısında yer alan vaşaq, Tuncelinin Çukur kəndində Kanqal itlərdən qaçaraq bir ağacın təpəsinə dırmaşdı.

Vaşağı ağacın zirvəsində görən Düzgün Çətin, o anları cib telefonu ilə qeyd edib. Düzgün Çətin itləri ərazidən uzaqlaşdıraraq vaşağın ağacdan enməsini şərait yaradıb: "Əvvəl itləri uzaqlaşdırdım. Sonra qorxu içində ağacın təpəsində qalan vaşağın enməsini təmin etdim. Vaşaq daha sonra təbiətə döndü".






















Turan