Ukraynada Türkiyənin "Anka" PUA-ları istehsal olunacaq

Kiyev şəhərində tikintisi davam edən Ukrayna-Türkiyə zavodunda yeni nəsil reaktiv pilotsuz uçuş aparatları istehsal ediləcək.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, bunu Üçtərəfli Əlaqə Qrupunda Ukrayna nümayəndə heyətinin nümayəndəsi Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, zavodda həm Ukrayna, həm də Türkiyə PUA-ları, o cümlədən "Anka" pilotsuz uçuş aparatları istehsal ediləcək.

A.Arestoviç qeyd edib ki, plana əsasən zavod ilk məhsullarınıgələn ilin sonunda buraxacaq.