Almaniya silah ixracı siyasətinə yenidən baxacaq

Almaniya silah ixracı siyasətini sərtləşdirəcək.

APA bildirir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok agentliyə bildirib ki, onlar ötən illərin silah ixracı siyasətini yenidən yoxlayacaqlarının açıqlayıblar:


“Buna görə də, biz təchizatların mövcudluğu meyarlarını daha aydın şəkildə tənzimləyən qanun üzərində işləyirik”.

Qeyd edək ki, 2021-ci ildə Angela Merkelin rəhbərliyi altında Almaniyanın əvvəlki hökuməti rekord məbləğdə 9 milyard avroluq silah tədarükü üçün müqavilələri təsdiqləyib.