Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
TƏBİB bunu APA-nın sorğusuna cavab olaraq bildirib.
Qeyd edilib ki, ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
Yanvarın 17-də tarixində vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Yanvarın 18- də tarixində vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
***
17:58
Ötən gün səhər insult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.
Bu barədə APA-ya aktyorun yaxınları məlumat verib.
Bildirilib ki, insult keçirəm Ənvər Həsənov bir az öncə palataya köçürülüb, müalicəsi davam etdirilir.
Qeyd edək ki, aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.