Koreyalıların boyu niyə bu qədər uzanıb?

Koreyalılar uşaqlarına hormon vurduranlar içərisində dünyada birinci yerdədir. Son 100 il ərzində fransızlar 10, isveçlər 15, koreyalılar isə 20 sm uzanıb. Səbəb isə sayzen preparatıdır.

Sherg.az Saglamolun.az-a istinadən xəbər verir ki, 2021-ci 2023-cü ilə qədər Koreyada 10 milyon uşağa hormon preparatı vurulub.

Bu preparat uşaqlara 5-10 il ərzində, ev şəraitində həftədə 6-7 dəfə vurulur. Prosedur təxminən 12 min manata başa gəlir.

Ölkədə ucaboy olmaq iş tapmaq, ailə qurmaq üçün vacib şərtlərdən biri sayılır. Üstəlik ölkədə ailədə adətən bir uşaq olur deyə, valideynlər övladlarının gələcək “uğurlar”ı üçün bu xərci gözə alır.

Bir çox ölkədə hormonal müalicələr qanunla yalnız tibbi məqsədli istifadə üçün nəzərdə tutulub. Çünki tibbi nəzarət olmadan vurulan hormonların fiziki inkişafın pozulması, daxili orqanların zədələnməsi, məni psixoloji təsirləri kimi fəsadları olur.