WUF13 üçün onlayn qeydiyyat bərpa edilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün onlayn qeydiyyat bərpa edilib.

Bu barədə Oxu.Az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, çoxsaylı müraciətləri nəzərə alaraq qeydiyyat prosesini sürətləndirmək məqsədilə onlayn qeydiyyat bərpa edilib.

Tədbirə gəlməzdən əvvəl events.unhabitat.org ünvanında onlayn qeydiyyatdan keçmək tövsiyə olunur.