Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan CHP sədri Özgür Özəl əleyhinə açdığı mənəvi təzminat iddiasını qazanıb.
Prezidentin vəkili Hüseyin Aydın bildirib ki, Ankara 32-ci Mülki Məhkəməsi Özgür Özəlin 5 iyul 2025-ci ildə CHP qərargahında etdiyi çıxışda Prezidentə qarşı işlətdiyi ifadələrə görə 300 min lirə məbləğində mənəvi təzminat ödəməsi barədə qərar verib.
Məlumata görə, məhkəmə Ərdoğanın şəxsi hüquqlarının pozulduğu qənaətinə gəlib və iddianı təmin edib.