ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun onun istədiyi hər şeyi yerinə yetirəcəyini bildirib.
APA-nın xəbərinə görə, Tramp deyib ki, Netanyahu onun istədiyi hər şeyi edəcək.
“Hazırda İsraildə 99%-lik dəstəyim var. Mən Baş nazir vəzifəsinə namizəd ola bilərdim. Beləliklə, bəlkə də bunu etdikdən sonra İsrailə gedəcəyəm və Baş nazir olacağam”, - Tramp vurğulayıb.