“Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilən “Sədaqətin Sükutu” adlı layihənin hazırlıq mərhələsinə başlayıb.
QHT.az xəbər verir ki, təşkilat layihə çərçivəsində şəhidlərin adını yaşadan, sədaqəti və vəfası ilə onların ruhuna və adına hörmətlə yanaşan şəhid xanımlarına həsr olunmuş tədbirlər keçirəcək.
Bu məqsədlə təşkilat Bakı-Abşeron, Zaqatala və Qazax rayon icra hakimiyyətlərinə tədbirlərin keçirilməsi ilə bağlı müraciətlər göndərib, layihə haqqında məlumat verib. Eyni zamanda, şəhid xanımları ilə əlaqə saxlanılaraq tədbirlərin keçirilməsi barədə onlara məlumat təqdim olunub.
Tədbirlər şəhid sevgilisi və nişanlılarının sədaqətini, vəfasını, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən məğrur Azərbaycan xanımlarına həsr olunacaq və onların ictimaiyyətə tanıdılmasına xidmət edəcəkdir.