İsveçli nazir: Rusiyaya qarşı tam qadağaya keçməyin vaxtıdır

“Rusiya nefti, qazı və kömürünü daşıyan tankerlər üçün dəniz xidmətlərinə qoyulan qadağa Avropa İttifaqının (Aİ) Moskvaya qarşı mübarizəsində böyük əhəmiyyət kəsb edəcək”.

Teleqraf xəbər verir ki, bunu İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard deyib.

“Xüsusilə bu tədbir çox böyük əhəmiyyət kəsb edərdi: Rusiya limanlarından neft, qaz və ya kömür daşıyan istənilən gəmi üçün dəniz xidmətlərinə sığorta, limana giriş, maliyyələşdirmə və sair qadağaların qoyulması. İsveç Avropa İttifaqının və G7-nin bu tədbiri tətbiq etməsini istərdi”, - o bildirib.

Stenerqardın sözlərinə görə, məhdudiyyətlərdən tam qadağaya keçmək Kremlin maliyyə resurslarına ciddi zərbə vuracaq. İsveç xarici işlər naziri həmçinin Qərbin sanksiyalarının effektivliyini" sübut etdiyini və Aİ-nin Rusiyaya təzyiq göstərməyə davam etməli olduğunu vurğulayıb.