ABŞ-nin yeni prezidenti Donald Trampın administrasiyası hesab edir ki, yaxın bir ay ərzində İranla bağlı qərarlar qəbul etmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals "CBS News"a müsahibəsində deyib .
Onun fikrincə, İran hazırda zəifləyib və Netanyahunun rəhbərliyi sayəsində əlverişsiz vəziyyətdədir. “Hər kəs “Hizbullah”ın lideri Həssan Nəsrullahın məhv edilməsinin həddən artıq qızışdırıcı, çox təxribat xarakterli olacağını söyləyirdi. Amma bu, Livanda real fürsətə gətirib çıxardı. Bu, Əsədin devrilməsinə və onun qəddar diktaturasına səbəb oldu. Bu, HƏMAS-ın tamamilə təcrid olunmasına səbəb oldu. Onlar həmişə Hizbullaha arxalanırdılar. İranın hava hücumundan müdafiə vasitələri məhv edilib. Beləliklə, bu əsas qərarları qəbul etmək vaxtıdır. Və biz bunu gələn bir ay ərzində edəcəyik".