Qəzza zolağında Fələstinin HAMAS hərəkatı tərəfindən digər iki girovla birlikdə İsrail hərbçilərinə təhvil verilən qadın iki barmağını itirib.
APA xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin “Telegram”da yaydığı bəyanatında deyilir.
“Emili Damari oktyabrın 7-də HAMAS terrorçuları tərəfindən vurulan zaman iki barmağını itirib”, - məlumatda deyilir.