Barış Pınarı bölgəsinə hücum etməyə hazırlaşan 3 PKK/YPG-li terrorçunun zərərsizləşdirildiyi bildirilib.
APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda terrora və terrorçulara imkan verilmədiyi qeyd olunur:
"Qəhraman komandolarımız Barış Pınarı bölgəsinə hücum etmək hazırlığında olan 3 PKK/YPG-li terrorçunu atəş dəstək vasitələri ilə zərərsizləşdirdi”.