Nobel mükafatı laureatı vəfat edib


Nobel Sülh Mükafatı laureatı, Cənubi Afrika Respublikasından olan Desmond Tutu 90 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Tutu Cənubi Afrikada aparteidə qarşı mübarizə aparanlardan biri olub və buna görə 1984-cü ildə Nobel mükafatına layiq görülüb. 1985-ci ildə ölkənin ilk afroamerikalı yepiskopu olub.

O, Nelson Mandela 1994-cü ildə hakimiyyətə gəldikdən sonra aparteid dövründə insan haqlarının pozulması hallarını araşdıran komitəyə rəhbərlik edib.