Liviya sahillərində 27 miqrantın cəsədi tapılıb

Liviyada Qızıl Aypara Cəmiyyətinin əməkdaşları sahildə boğulan 27 miqrantın cəsədini tapıb, 3 nəfər xilas edilib.

APA bildirir ki, bu barədə Cəmiyyətin Homsdakı bölməsinin bəyanatında deyilir. Bəyanatı Facebook səhifələrində yayıblar:

“Şənbə günü gecə Liviya Qızıl Aypara Cəmiyyətindən bir qrup əməkdaş Alus bölgəsindəki çimərlikdə bir körpə də daxil olmaqla 17 cəsədi götürüb. Bundan əlavə, qrup nümayəndələri, Sahil Mühafizəsi ilə əməkdaşlıq edərək, sahilin başqa bir bölgəsində iki qadın da daxil olmaqla 10 cəsədi çıxarıblar. Üç miqrant xilas edilib”. Açıqlamaya görə, xilas edilən miqrantlara tibbi yardım göstərilib. Dənizdə sağ qalanların axtarışları davam edir.