Kadırov gələcək planlarını açıqlamağa tələsmir

Çeçenistanın rəhbəri Ramzan Kadırov mətbuat konfransında bildirib ki, zamanı gələndə yeni müddətə namizəd olub-olmayacağı barədə düşünəcək.

Sherg.az APA-ya istinadən bildirir ki, onun çıxışı Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkətinin YouTube kanalında verilib.

O, gələcək planları ilə bağlı bunları deyib:

"Hələ vaxtımız var. Mən hələ bu barədə düşünmürəm. Hər halda inanıram ki, qərarım insanlar üçün ancaq xeyirli olacaq".