ABŞ prezidenti Co Bayden ölkənin 2022-ci il üçün müdafiə büdcəsini təsdiq edib.
APA-nın xəbərinə görə, Ağ Evin yaydığı məlumatda hərbi büdcənin 770 milyard dollar olduğu bildirilir.
Bildirilib ki, ABŞ Konqresi hərbi büdcəni ötən ay təsdiqləyib. 2022-ci maliyyə ilinin hərbi büdcəsi başlıca olaraq Müdafiə Nazirliyinin hərbi inşaat proqramına və kəşfiyyat sahəsində milli təhlükəsizliyin təmin olunmasına yönəlib.