Kanadada temperatur -55 dərəcə Selsiyə enib

Kanadanın mərkəzi və Qərb əyalətlərində ekstremal şaxta hökm sürür.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Milli Meteorologiya Bürosu məlumat yayıb.

Büro həmçinin kəskin şaxtalar barədə də xəbərdarlıq edib. Albert, Britaniya Kolumbiyası, Ontario və Saskaçevan əyalətlərində temperaturun -35-lə -55 dərəcə arasında dəyişəcəyi bildirilir. Hazırda gənclər arasında xokkey çempionatının keçirildiyi Edmontonda temperatur -45 dərəcəyə enib.

Sinoptiklər ekstremal soyuq havanın donmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.