"Apple" Nyu-Yorkdakı mağazalarını bağladı

"Apple" şirkəti "Omicron" variantına görə yoluxma hallarının artdığı ABŞ-da Nyu- Yorkdakı bütün mağazalarını bağlamaq qərarına gəldi.
"Sherg.az" bildirib ki, “Apple” sözçüsü müştərilərin onlayn alış-veriş edə biləcəyini bildirib:
"Biz mütəmadi olaraq şərtləri izləyirik, müştərilərin və işçilərin rifahını dəstəkləmək üçün həm sağlamlıq tədbirlərimizi, həm də mağazadaxili xidmətlərimizi qaydaya salacağıq".
Koronavirusa yoluxma hallarının artması səbəbindən bütün işçilərdən və müştərilərdən ABŞ-dakı "Apple" mağazalarında maska taxmaq tələb olunub.

Cəmilə ƏZİM