Bayden-Putin görüşünün tarixi bəlli oldu

ABŞ və Rusiya liderləri arasında Ukraynanlın təhlükəsizliyi ilə bağlı keçiriləcək görüşün Yeni il bayramından sonra reallaşacağı bildirilib.
“Sherg.az” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların bu ölkədə Yeni il tətilindən sonra aparılacağını açıqlayıb. Buna uyğun olaraq, sammitin yanvarın 10-da baş tutacağı gözlənilir. S.Lavrov görüşdən öncə Qərbin bu məsələyə münasibəti barədə danışıb: 
“Bu mövzuda heç bir ultimatum vermirik. Amma biz Qərbin qeyri-müəyyən vədlər verəcəyi və bizi yenidən aldadacağı danışıqları istəmirik”. 
Məlumat üçün qeyd edək ki, ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın Ukrayna sərhədinə 100 min əsgər yığdığını iddia edib. Rusiya tərəfi isə bu iddiaları rədd edərərk bunun sadəcə “Rusiyafobiya” olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putin Qərbi, Avropada gərginliyi artırmaqda ittiham edib. Bəyan edib ki, Rusiya istənilən təcavüzə lazım olduqda cavab verəcək.

Çimnaz ŞAHLAR