Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 284 580 401 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 422 376 nəfər təşkil edir.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 53 663 221 nəfərə çatıb, 822 920 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 34 822 040 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 480 860 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 269 031 nəfər virusa yoluxub, onlardan 619 095 nəfəri ölüb.