Türkiyə və ABŞ gəmiləri Aralıq dənizində birgə təlim keçiib

Türkiyə Hərbi Dəniz Qüvvələrinin freqatları ABŞ Hərbi Dəniz Donanmasının “Gravely” gəmiləri ilə birlikdə Aralıq dənizinin şərqində təlim keçidləri edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik tviter səhifəsində hərbi gəmilərin keçidinin fotolarını da paylaşıb.