Etirazçılar Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin Almatıdakı iqamətgahını ələ keçiriblər.
“Sherg.az” TASS -a istinadən xəbər verir ki, yanvarın 5-i səhər saatlarında iqamətgahın ərazisində atəş səsləri eşidilib. Almatı şəhərinin komendantı, şəhər polis idarəsinin rəisi Kanat Timerdenov bildirib ki, şəhər ekstremistlər və radikallar tərəfindən hücuma məruz qalıb. Həmin gün etiraz aksiyası zamanı yerli sakinlər iqamətgahı zəbt etməyə cəhd göstəriblər.
Qeyd edək ki, Qazaxıstanda etirazlar bazar günü, yanvarın 2-də benzinin qiymətinin 60 təngədən 120 təngəyə (10-dan 20 rubla) qaldırılması səbəbilə başlayıb. Daha sonra etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma başlayıb.