Etirazlara görə Qazaxıstanda vəziyyətin gərginləşməsi səbəbindən Almatı, Aktobe və Aktau hava limanları işləmir. “Sherg.az” “Tacc.ru”ua istiandən xəbər verir ki, bu barədə “Xəbər-24” telekanalı məlumat yayıb.Məlumatda bildirilir ki, Almatı hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb:
“Aktau və Aktobe hava limanları da müvəqqəti bağlanıb".
Telekanal SCAT aviadaşıyıcısına istinadən məlumat verib ki, bu gündən bu şəhərlərə uçuşlar təxirə salınıb. Qazaxıstanın bir sıra regionlarında dəmir yollarının bağlanması səbəbindən 25 sərnişin reysi təxirə salınıb. Telekanalın məlumatına görə, 10 qatar birləşmə məntəqələrinə qaytarılıb. Hazırda Atırau, Aktobe, Mangistau və Qızılorda vilayətlərində vəziyyət mürəkkəbdir.