Almaniya tarixində son 75 ildə ilk dəfə olaraq, il ərzində ölənlərin sayı bir milyonu ötüb.
Yanvarın 11-də Federal Statistika İdarəsi xəbər verib ki, 2021-ci ildə ölkədə 1 016 899 ölüm faktı qeydə alınıb.
Ölkədə ölümün artması COVID-19 pandemiyası və əhalinin qocalması ilə əlaqələndirilib.
Qeyd edək ki, analoji hal sonuncu dəfə 1946-cı ildə baş verib. O zaman il ərzində 1 001 600 nəfər həlak olub.
Mənbə: dw.com