Almatı Hava Limanı açıldı?

Almatı Hava Limanı lazımi yoxlamalar tamamlandıqdan sonra bu səhər uçuşlara açılıb.
“Sherg.az” “Sabah”a istinadən xəbər verir ki, birinci mərhələdə hava limanı səhər saat 08:00-dan axşam 21:00-a qədər xidmət göstərəcək.
Almatı Hava Limanını işlədən TAV-ın İdarə Heyətinin sədri Sani Şener, tarixi və mədəni bağları ilə Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən Qazaxıstanda dinc şəkildə başlayan nümayişlərin akta çevrilməsini kədərlə izlədiklərini bildirib:
"May ayından fəaliyyət göstərdiyimiz ölkənin ticarət və mədəniyyət paytaxtının əsas giriş qapısı olan Almatı Hava Limanı da zorakılıqların hədəfi olub. Biz Qazaxıstan rəsmiləri ilə əməkdaşlıq edərək sərnişinlərimizin və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmişik. Təhlükəsizlik qüvvələrinin asayişi bərpa etməsi ilə hava limanının fəaliyyətə başlaması və lazımi icazələrin alınması üçün işlərə başladıq. Bu gün səhər saatlarından etibarən hava limanını uçuşlara hazırdır”.
Xatırladaq ki, hava limanı yanvarın 5-i axşam saatlarında Qazaxıstanda baş verən hadisələr zamanı təhlükəsizlik səbəbilə bağlanmışdı.

Çimnaz Şahlar