KTMT Müdafiə Nazirləri Şurasının TƏCİLİ İCLASI - Şoyqu da iştirak edir 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının videokonfrans vasitəsilə növbədənkənar iclası keçirilib. 
Bu barədə "Sherg.az" "Sputnik Türkiyə"yə istinadən xəbər verir.
Videokonfrans vasitəsilə keçirilən görüşdə üzv ölkələrin nazirləri Qazaxıstanda sülhməramlı əməliyyatın nəticələrini müzakirə ediblər. Nazirlər regional təhlükəsizlik və mümkün təhdidlərə qarşı mübarizə mexanizmlərinin inkişafı barədə danışıblar.
Qeyd edək ki, iclasda Rusiya müdafiə naziri Sergey Şoyqu da iştirak edir.  

Xanlar Əlibəy