Çərşənbə günü ABŞ-da sosial media istifadəçiləri 2024-cü ildə Donald Tramp və Hillari Klinton arasında yenidən prezidentlik yarışının keçiriləcəyi iddiasından sarsılıblar.
"Sherg.az" "HaberTürk"ə istianədən xəbər verir ki, bəzi iddialardan sonra sosial şəbəkə istifadəçiləri də fikirlərini bildiriblər:
"Hilarnin 2024-cü ildə qalib gəlmək şansı Bayden və ya Kamala nisbətən daha çoxdur. Bu kədərli deyilmi?".
Başqa sosial şəbəkə istifadəçisi isə, belə qeyd edib:
“Hillari və Tramp yenidən yarışsalar, Ilon Maskın Marsa aparan raketində yer olub-olmadığına baxacam”
Nəzərə alsaq ki, Bayden qalib gəlsə, ikinci müddətinin sonunda 86 yaşı olacaq, onun yenidən seçilməsi ilə bağlı suallar var.
ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin təsdiq nisbətləri yüksək inflyasiya və epidemiya ilə mübarizə səbəbindən 33 faizə düşüb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hər fürsətdə Baydenin kobud səhvlərini və ya addımlarını vurğulayaraq, özünün 2024-cü ildə yenidən seçkilərdə iştirak ehtimalını artırıb.
Duqlas Şoyen və Andrey Steyin çərşənbə axşamı "Wall Street Journal"da Klintonun siyasi qayıdışının mümkün olacağını vurğulayıblar:
"Hər şey demokratların builki aralıq seçkilərində necə çıxış etmələrindən asılıdır".
Ekspertlər öz proqrozlarını təqdim edib:
“Demokratların 2022-ci ildə Konqresə nəzarəti itirməsi ehtimalını nəzərə alsaq, Klintonun özünü demokratlara yeni və daha uğurlu şəkildə rəhbərlik edə biləcək təcrübəli namizəd kimi göstərməyə başlayacağını demək olar”.
Cəmilə Əzim