Norveç taliblər üçün təyyarə icarə etdi, 350 min avro ödədi

Norveç Taliban nümayəndə heyətinin Osloya uçuşu üçün şəxsi təyyarənin icarəsinə təxminən 350 min avro ödəyib.

Axar.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bu təşəbbüsə görə, Norveç hakimiyyəti artıq müxalifət tərəfindən kəskin tənqid olunub. Belə ki, səfər xərclərinin ödənilməsi Norveç vergi ödəyicilərinin pullarının mənasız istifadəsi adlandırılıb.