Co Bayden mikrofonu unudaraq iclasda jurnalistə qarşı nalayiq ifadə işlədib.
“Sherg.az” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bu ifadəni “Fox News” müxbirinə qarşı işlədib.
Bazar ertəsi keçirilən mətbuat konfransı zamanı Donald Trampa yaxınlığı ilə tanınan “Fox News” kanalının müxbiri Piter Duki ABŞ prezidentinə sual ünvanlayıb: "Sizcə, aralıq seçkilərdə inflyasiya Demokratik Partiya üçün siyasi problemdirmi?"
Mikrafonun açıq olduğunu unudan Bayden cavabından sonra nalayiq ifadədən istifadə edib. Hadisədən sonra müxbir Fox TV-yə bildirib ki, Bayden ona zəng edərək bunun şəxsi bir şey olmadığını deyib.
Çimnaz Şahlar