Keçmiş Papa etiraf edib: Uşaqların cinsi istismarına dair aparılan istintaqda yalan ifadə verib

Keçmiş Papa XVI Benedikt Almaniyada uşaqların cinsi istismarı ilə bağlı aparılan istintaqda yalan ifadələr verdiyini etiraf edib.
"Sherg.az" "Cumhuriyet"ə istinadən xəbər verir ki, 2013-cü ildə istefa verən keçmiş Papa XVI Benedikt Almaniyada Münhen arxiyepiskopu vəzifəsində işlədiyi 1977-1982-ci illərdə uşaqlara təcavüzdə ittiham olunan din xadimlərinə göz yummaqda günahlandırılır. Bu ittiham alman hüquq təşkilatı "Westpfahl Spilker Wastl"ın katolik kilsəsinin göstərişi ilə sui-istifadə hallarını araşdıran hesabatında yer alıb. Keçən həftə açıqlanan hesabatda, Papa olmadan əvvəlki adı ilə vurğulasaq, yəni Cozef Ratzinger, Münhen Baş Yepiskopluğu olduğu müddətdə 4 təcavüz hadisəsində  günahlandırılıb.

1000-dən çox səhifəlik hesabatda Ratzingerə qarşı irəli sürülən ittihamlar arasında onun 1980-ci ildə uşaq istismarında ittiham olunan bir keşişlə bağlı iclasda iştirakı da var. Məlumata görə, bu görüşdə Essen şəhərində xidmət edərkən 11 yaşlı uşağa təcavüz etməkdə günahlandırılan keşiş Peter Hullermanın Münhen yeparxiyasına köçürülməsinə qərar verilib.
Alman Katolik Xəbər Agentliyi KNA-ya göndərilən və Vatikanın xəbər saytında dərc edilən bəyanatda keçmiş Papa 1980-ci ildə bu görüşə qatıldığını etiraf edib. Bununla belə, o, istintaq qrupuna verilən dezinformasiyanın  redaksiya xətası  olduğunu iddia edib.

Keçmiş Papa şəxsi katibi Georg Gansveyn vasitəsilə təəssüfləndiyini bildirib.

Digər tərəfdən, açıqlamada ittihamların diqqət mərkəzində olan keşişin dini vəzifələrinin davam etdirilməsi ilə bağlı bu iclasda heç bir qərarın verilmədiyi və müalicə üçün Münhenə qəbul edilməsi tələbinin olduğu vurğulanıb.

Hullermann isə, 1986-cı ildə uşaqlara qarşı cinsi istismara görə məhkum edilib.

Katib Gänswein də keçmiş Papanın yaşlı olmasına və səhhətinə görə hesabatı hələ oxuyub bitirmədiyini və tam oxuduqdan sonra yeni açıqlama verəcəyini açıqlayıb.

Cəmilə ƏZİM